Amerikalılardan 1 milyon dollar oğurlamaq istəyən rus haker
02 İyun 2014 Bazar Ertəsi 23:47
Möhtəkirlər bank sistemlərini sındırıblar və əmanətçilərin fərdi göstəricilərini oğurlayıblar.
ABŞ ədliyyə departamenti rusiyalı haker Yevgeni Boqaçevə qarşı cinayət işi qaldırıb.

ANS PRESS-in məlumatına görə, Yevgeni Boqaçev kompüter möhtəkirliyində və Amerika vətəndaşlarının hesabından 1 milyon dollar oğurlamağa cəhddə ittiham edilir.

Rəsmi versiyaya görə, Lucky12345 nik adı olan Yevgeni Boqaçev cinayətkar haker qrupunun üzvü olub. Möhtəkirlər bank sistemlərini sındırıblar və əmanətçilərin fərdi göstəricilərini oğurlayıblar.

Cinayət qruplaşmasının üzvlərinin Rusiya, Ukrayna və Böyük Britaniya vətəndaşları olduğu bildirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar