ABŞ öz vətəndaşlarına suriyalılara kömək göstərməyə icazə verib.
ABŞ öz vətəndaşlarına və şirkətlərinə Suriya müxalifətinə yardım etməyə və xidmət göstərməyə icazə verib. Qeyd edək ki, ABŞ-da Suriyaya qarşı sanksiyalar mövcuddur və əvvəlki kimi Suriya hökumətinə və rəsmi qurumlarına yardım etmək olmaz. ABŞ ötən ilin dekabrından Suriya müxalifətini tanıyıb.