Amerikalı keşiş Obamaya xeyir-dua vermədi
11 Yanvar 2013 Cümə 15:46
Keşiş prezidentin eynicinsli nikahları qanunləşdirməyin əleyinə olduğunu bildirib.
Amerikalı keşiş prezident Baraka Obamaya xeyir-dua verməkdən imtina edib. Keşiş Barak Obamanın eynicinsli nikahları qanunləşdirmək qərarının əleyhinə olduğunu bildirib.

Qeyd edək ki, keşiş yanvarın 21-də ABŞ prezidentinin andiçmə mərasimindən sonra ona xeyir-dua verməli idi. Amerika mətbuatı yazır ki, internetdə keşişin xristianlara xitabən moizəsi yayılıb. O, çıxışında möminləri eynicinsli nikahlara qarşı çıxmağa çağırır: "Bu nikahlar cəmiyyətin bütün dayaqlarını sarsıdır".

Təşkilat Komitəsinin təşkilatçıları keşişin həmin moizəsindən xəbərsiz olduqlarını bildiriblər. Amerika mətbuatı yazır ki, həmin keşiş insan alverinə qarşı mübarizəsindəki xidmətlərinə görə seçilibmiş.



DOSTLARINLA PAYLAŞ:

oyunlar