Amerikalı iş adamı öz avtomobili barəsində “güllələnmə hökmü” verdi
25 İyun 2011 Şənbə 05:52
Mühərriki xarab olan avtomobilin təmiri üçün 16 000 dollar istənilməsi iş adamını hövsələdən çıxarıb.
ABŞ-da yaşayan şəxsiyyəti naməlum iş adamı mühərrikində nasazlıq meydana gələn “Porsche-911” markalı avtomobili təmir etdirmək əvəzinə güllələdib. Avtomobilin təmir məsrəflərinin 16 000 dollar olacağını öyrənən iş adamı maşınını Massasuçets əyalətindəki atış-təlim poliqonlarından birinə hədiyyə edib. Poliqonun 140 üzvü təlim zamanı avtomobili gülləbaran edib. İş adamı isə 100 000 dollarlıq avtomobilinin 10 000 güllənin hədəfinə çevrilməsinə böyük zövqlə tamaşa edib. ANSPRESS