Amerikalı həmsədr İrəvandadır
16 Yanvar 2010 Şənbə 14:40
Robert Bradtke bu gün xarici işlər naziri Edvard Nalbandyanla görüşüb
Ermənistan xarici işlər naziri bu gün ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Robert Bradtke və ABŞ-ın Ermənistandakı səfiri Mari Yovanoviçlə görüşüb. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlər müzakirə edilib.
Qeyd edək ki, həmsədrlər yanvarın 20-də regiona səfərləri çərçivəsində Ermənistana, yanvarın 1-də isə Azərbaycana gələcəklər. Səfərin məqsədi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesini davam etdirməkdir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: