Amerikalı diplomatlar hədəfdə
11 Aprel 2010 Bazar 20:10
Meksikanın Nuevo-Laredo şəhərində ABŞ konsulluğunun binası qarşısında partlayış baş verib.
Meksikanın Nuevo-Laredo şəhərində ABŞ konsulluğunun binası qarşısında partlayış baş verib. Hüquq-mühafizə orqanlarından alınan məlumata görə, partlayıcı qurğu naməlum şəxslər tərəfindən konsulluq binasının hasarından içəriyə atılıb. Bundan sonra isə güclü partlayış baş verib.
İnsident nəticəsində konsulluğun əməkdaşları arasında xəsarət alan olmasa da, konsulluğun işi müvəqqəti olaraq dayandırılıb. Verilən məlumata görə, partlayış nəticəsində binaya maddi ziyan dəyib.
Hadisəni törədən cinayətkarların axtarışına başlanıb. Xatırladaq ki, ötən ay Meksikanın Sedad-Xuares şəhərində ABŞ konsulluğu ilə əməkdalıq edən 3 şəxs öldürülümüşdü. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: