Amerikalı dəniz piyadaları İraqı tərk edirlər
24 Yanvar 2010 Bazar 02:50
3000-ə yaxın dəniz piyada qoşunları İraqdakı yeddi illik fəaliyyətlərini rəsmən başa vurublar
Amerikalı dəniz piyadaları ötən gün İraqdakı yeddi illik fəaliyyətlərini rəsmən başa vurublar. Vaxtilə “Əl Qaidə” döyüşçülərinin müqavimət mərkəzi rolunu oynamış Ənbar əyalətində ABŞ-ın 3000-ə yaxın dəniz piyadası var.
İraqdakı dəniz piyadalarının əksəriyyəti yaxın həftələrdə bu ölkəni tərk edəcəklər.
İraqdan qoşunların tədricən çıxarılması planına görə, qalan ABŞ əsgərləri isə burada 2011-ci ilədək qalacaqlar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: