“Erməni misyonerlər tərəfindən yazılan bir çox kitab həqiqəti əks etdirmir, onlar öz rəvayətlərini özləri yaradıblar”
Amerikalı tarixçi professor Castin Makkarti London “School of Economics” (LSE) universitetində “Türk – erməni münasibətləri: Kortəbii baxış, aldatmaq və erməni problemi” adlı konfrans keçirib. Tarixçi alimə görə Türkiyədə erməni məsələsində baş vermiş problemlərin mənbəyi İngiltərə və Amerika mətbuatında dərc olunan subyektiv məlumatlardır. Konfrans iştirakçılarına belə nəşrlərdən nümunələr təqdim edən Makkarti Türkiyə barədə bu mövzu ilə əlaqəli karikaturaları da göstərərək beləcə Osmanlı və Türk imicinin mənfi əks etditildiyini vurğuladı. Sürgünün və iddia olunan digər hadisələrin daha baş vermədən qərb mətbuatında yayıldığını deyən Makkarti bunların həqiqət olmadığını deyib.
Bu illərdə İngiltərə və Amerika mətbuatının bölgədə müxbiri olmadığını deyən tarixçi xəbərlərin ermənilər tərəfindən verilən səhv məlumatlarla hazırlandığını bildirib. Osmanlı tərəfindən məlumat almadıqları üçün subyektiv nəşrlər hazırlandığını bildirən alim bu xəbərləri hazırlayanların öz xəyal ghüclərindən istifadə etdiyini deyib. “Erməni misyonerlər tərəfindən yazılan bir çox kitab da həqiqəti əks etdirmir. Öz rəvayətlərini özləri yaradıblar”.
Konfrans zalında olan ermənilər isə deyilənlərə etiraz edərək Castin Makkartini və türk dinləyiciləri təhqir edib.
Qeyd edək ki, Castin Makkarti 1770 – 1923-cü illərdə Balkan, Qafqaz regionu və Kırımda 5 milyon osmanlının, buna müqabil 1.9 milyon xristianın köçə məcbur edildiyini göstərən xəritə hazırlayıb.