Amerikada varlılardan alıb kasıblara verən Robin Hud peyda olub
31 İyul 2010 Şənbə 04:35
Müasir Robin Hud pulu sadəcə qumar kartlarıyla göstərdiyi kələkbazlığı sayəsində əldə edir.
Amerikanın Las-Veqas şəhərində varlılardan udduğu pulu kasıblara paylayan Robin Hud peyda olub. ANS PRESS “Gazeteport” saytına istinadən xəbər verir ki, müasir Robin Hud pulu sadəcə qumar kartlarıyla göstərdiyi kələkbazlığı sayəsində əldə edir. Şəxsiyyətini gizli saxlayan Robinin tərəf müqabili isə braziliyalı model Ledi Greicedir. Yardım məqsədilə internet saytı yaradan Robin möhtac insanlardan həyat hekayələrini yazaraq ona göndərmələrini və 50 min dollara qədər olan ehtiyaclarını ondan istəmələrini tələb edir. Robinin indiyə qədər bu məqsədlə 900 min dollar payladığı bildirilir. Hazırda 40 yaşına çatan və 16 yaşından bəri bu işlə məşğul olduğunu deyən müasir Robin onun bu layihəsinə bəzi zənginlərin də qoşulacağını bildirib. Qeyd edək ki, bu hadisə artq Hollivud kinematoqrafçılarının diqqət mərkəzindədir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: