Amerikada təyyarə ilə binaya növbəti hücum
19 Fevral 2010 Cümə 00:35
ABŞ dövlət rəsmiləri hadisədə terror faktını istisna ediblər
Amerikanın Teksas əyalətində kiçik bir təyyarə Federal Təhqiqatlar Bürosunun (FBI) yaxınlığındakı binaya çırpılıb. ANS PRESS “CNN Türk”ə istinadən xəbər verir ki, hadisə əyalətin paytaxtı Hyüstonda təyyarənin 7 mərtəbəli binaya girməsi nəticəsində baş verib. Məlumata görə, pilot təyyarəni binaya qəsdən çırpıb. CNN telekanalına hadisə barədə məlumat verən Hyüston yanğından mühafizə briqadasının mətbuat sözçüsü qəzada heç kimin ölmədiyini deyib. Qeyd edək ki, baş vermiş hadisədə 1 nəfər itkin düşüb, 2 nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb. Pilotun aqibəti barədə isə hələlik məlumat yoxdur. ABŞ dövlət rəsmiləri hadisədə terror faktını istisna ediblər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar