Amerikada ölənlərin sayı 142 nəfərə çatıb
01 İyun 2010 Çərşənbə Axşamı 10:25
Amerikada ölənlərin sayı 142 nəfərə çatıb. “Aqata” qasırğası fəsadlar verməkdə davam edir.
Mərkəzi Amerikada “Aqata” tropik qasırğası nəticəsində yaranan torpaq sürüşmələrində və daşqınlarda ölənlərin sayı 142 nəfərə çatıb. Təbii fəlakətdən ən çox zərər görən ölkə Qvatemaladır.
Burada ölənlərin sayının 108 nəfər olduğu bildirilir, 53 nəfər isə itkin düşüb. Ölkə prezidenti Alvaro Kolomanin sözlərinə görə, hazırda Qvatemalanın əksər rayonlarının ətrafla əlaqəsi tamamilə kəsilib.
CNN kanalının verdiyi məlumata görə Hondurasda 14 nəfər itkin düşüb. Salvadorda isə 9 nəfərin öldüyü bildirilir. Bəzi bölgələrdə isə yağıntılar 100 santimetrə çatır.
Məlumatlara görə, belə bir təbiət hadisəsinə son 60 ildə təsadüf edilməyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: