Barak Obama büdcənin 85 milyard dollar ixtisar olunması barədə fərman verib.
ABŞ prezidenti Barak Obama büdcə xərclərinin 85 milyard dollar həcmində azaldılması barədə fərman imzalayıb. Həm demokratlar, həm də respublikaçılar ixtisara qarşı çıxsalar da, balanslaşdırılmış büdcə məsələsində razılığa gələ bilməyiblər. Bir neçə gün əvvəl ABŞ Senatında gedən müzakirələrdə respublikaçılar gələcəkdə müdafiə xərclərinin 30 milyard dollaradək ixtisara salınması və gəliri 1 milyon dollardan çox olan şəxslərə vergi tətbiq olunması ilə bağlı təkliflərə qarşı çıxmışdılar.