Amerikada dövlət çevrilişinə cəhd
16 Aprel 2013 Çərşənbə Axşamı 15:56
Venesuelada müxalifət seçkilərin nəticələrinə etiraz edir.

Venesuelada prezident seçkilərinin nəticələri açıqlandıqdan sonra seçkilərin saxtalaşdırıldığını iddia edən yüzlərlə müxalifət tərəfdarı etiraz aksiyalarına başlayıb. Ötən gün paytaxt Karakasın mərkəzi küçələrində baş tutan aksiyalar zamanı fəallarla hökumət qüvvələri arasında qarşıdurmalar olub.

Zorakı etirazçılar təhlükəsizlik qüvvələrinə daş və kəsici alətlərlə hücum ediblər. Polis etirazçılara gözyaşardıcı qazlarla müdaxilə edib. Qarşıdurmalar zamanı bir neçə nəfər xəsarət alıb. Azı 20 nəfərin isə həbs olunduğu bildirilir. Seçkilərdə qələbəsi ilə bağlı açıqlama verən Nikolas Maduro müxalifəti dövlət çevrilişinə cəhddə ittiham edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar