Amerikada 5 yaşlı uşaq polis tərəfindən saxlanılıb
24 May 2010 Bazar Ertəsi 06:55
Azyaşlı uşaq dəcəllik etdiyi üçün anasının polis dostları onu yaxalamaq məqsədilə saxta əməliyyat keçirib.
Amerikanın Florida əyalətində kibritlə oynadığı üçün anasının şikayəti ilə 5 yaşlı uşağın polis tərəfindən saxlanlması ölkədə mübahisəyə səbəb olub. Məlumata görə 5 yaşlı uşaq dəcəllik etdiyi üçün anasının polis dostları onu yaxalamaq məqsədilə saxta əməliyyat keçirib. Əlləri qandallanaraq polis maşınına mindirilən uşaq polislərin “həbs ediləcəksən” sözləri ilə ağlamağa başlayıb. Bu, yoldan keçən bəzi vətəndaşların etirazına səbəb olub.
Polis uşağı anasına qaytarsa da hadisə yerli mətbuatın da diqqət mərkəzində olub. Telekanallardan birinə müsahibə verən ana atdığı addımın doğru olduğunu iddia edib: “Bu cəza üsulundan bütün valideynlər istifadə edərsə gələcəkdə cinayətkarlarla məşğul olmarıq. Ümidvaram ki, bu hadisə onu bir daha kibritlə oynamayacaq qədər qorxudub”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: