Amerika yoxa çıxan təyyarənin yerini bilir
07 Aprel 2014 Bazar Ertəsi 13:08
Təyyarədə olan sərnişinlərdən birinin dostu bununla bağlı əlində sənədlərin olduğunu deyir.
Malayziya hava yollarına məxsus itmiş sərnişin təyyarəsi ilə bağlı şok iddia irəli sürülüb. ANS PRESS-in məlumatına görə, təyyarədə olan sərnişinlərdən birinin dostu iddia ilə çıxış edib.

Sara Bajc adlı şəxsin sözlərinə görə, ABŞ hökuməti itmiş təyyarənin harada olduğunu bilir. Hətta Vaşinqton təyyarədə olan cəsədlərin daşınması üçün “Dieqo Qarsia” hərbi bazasının konteynerlərin gətirilməsini sifariş edib. Sara Bajc əlində bunu sübut edən sənədlərin olduğunu deyib. CNN telekanalında yayımlanan iddiaya görə, ABŞ hökuməti təyyarənin harada olduğunu bilir, amma bunu dünya ictimaiyyətindən gizlədir.

Xatırladaq ki, mart ayının 8-də Malayziyada Çinə gedərkən müəmmalı şəkildə yoxa çıxan “Boinq 777” təyyarəsinin göyərtəsində ekipaj üzvləri ilə birlikdə 239 nəfər olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar