Amerika ve Rusiya Suriya meselesinde razılığa gelibler
27 Sentyabr 2013 Cümə 05:11
Kimyəvi silahların ləğvi üçün hazırlanan qanun layihəsi BMT baş assamleyasında müzakirəyə çıxarılacaq.
ABŞ və Rusiya Suriyada kimyəvi silahların ləğvi məsələsində razılığa gəlib. BMT Təhlükəsizlik Şurasının Daimi nümayəndəsi olan ölkələrin bu istiqamətdə hazırladığı qanun layihəsi müzakirəyə çıxarılacaq. Layihənin BMT TŞ-yə üzv olan 15 ölkənin səsverməsinə çıxarılaraq qəbul edilməsi gözlənilir. Bu barədə jurnalistlərə məlumatı ABŞ Dövlət katibi Con Kerri verib.
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pauer isə layihə mətnində bəzi sanksiyaların da olduğunu, bu layihə mətninin Suriya rejiminə şamil olunacağını bildirib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov razılığa gəlidklərini bildirsə də bu barədə ətraflı məlumat verməyib.
DOSTLARINLA PAYLAŞ: