Amerika Ukraynaya qoşun yeritməyəcək
03 Mart 2014 Bazar Ertəsi 04:31
Amerika Ukraynaya qoşun yeritmək haqqında düşünmür.
ANS PRESS-in məlumatına görə, bu barədə jurnalistlərə administrasiyanın yüksəkrütbəli nümayəndəsi məlumat verib.
Ukraynada fevralın 22-də hakimiyyət dəyişikliyi baş verib. Ali Rada Viktor Yanukoviçi vəzifədən uzaqlaşdırdı, konstitusiyanı dəyişdi, prezidentlik vəzifələrini spikder Aleksandr Turçinova tapşırdı və mayın 25-nə prezident seçkiləri təyin etdi. Krım və Sevestopol şəhər şurası Ukraynada yeni hakimiyyəti tanımaqdan imtina etdi
.
Rusiya Xarici İşlər Nazirliyi dəfələrlə bildirib ki, Kiyevdə yeni hakimiyyətin qanuniliyi və Yanukoviçin uzaqlaşdırılmasından sonra Ali Radanın qərarları böyük məsələlərə səbəb olur. Moskva bildirib ki, istənilən dəyişikliklərə ümumxalq referendumu ilə qərar verilməlidir və mütləq ölkə regionlarının fikri hesaba alınmalıdır.
DOSTLARINLA PAYLAŞ: