Amerika Türkiyə üçün yəhudiləri sıxışdıracaq
07 Aprel 2013 Bazar 10:16
Bu gün əsas müzakirə obyekti Türkiyə-İsrail münasibətləri olacaq Con Kerri-Ərdoğan görüşü başlayır.
Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri Türkiyəyə səfər edib. İstanbulun Atatürk hava limanında Con Kerrinin səfəri ilə əlaqədar təhlükəsizlik tədbirləri yüksək həddə çatdırılıb.

ABŞ dövlət katibinin Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşəcəyi, xarici işlər naziri Əhməd Davudoğlu ilə birgə mətbuat konfransı keçirəcəyi gözlənilir. Hər iki görüşdə İsrailin "Mavi Mərmərə" gəmisinə hücumla bağlı türkiyəli zərərçəkənlərə təzminat ödəməsi məsələsinin əsas müzakirə mövzularından biri olacağı ehtimal edilir.

Qeyd edək ki, Con Kerri Türkiyədən sonra aprelin 8-i və 9-da Qüds və Ramallah şəhərlərində İsrailin Baş naziri Benyamin Netanyahu və Fələstin lideri Mahmud Abbasla da görüşəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar