Amerika təhlükə ilə üz-üzə qalıb
01 Oktyabr 2010 Cümə 23:50
Bir çox ştatların yaşayış məntəqələrini su basmağa başlayıb.
ABŞ-ın şərqində son günlər davam edən güclü yağışlar səbəbindən bir sıra ştatlarda daşqınlar və tornado təhlükəsi barədə xəbərdarlıq edilib. Ölkənin Milli Meteorologiya Xidmətinin məlumatına görə, artıq indidən Şimali və Cənubi Karolina, Virciniya, Men və digər ştatların yaşayış məntəqələrini su basmağa başlayıb.
Təkcə Şimali Karolina ştatında son 4 gündə təxminən 60 santimetr yağıntı düşüb. ABŞ-ın Atlantik okeanı sahillərində adi yağışların yağmasından əlavə “Nikol” tropik fırtınasının əks-sədası da təsirini göstərməkdədir. Fırtına regiona güclü küləklə müşayiət olunan leysan yağışlar gətirib.
Sinoptiklərin qənaətinə görə, ölkənin geniş ərazisində, o cümlədən Vaşinqtonun ayrı-ayrı rayonlarında daşqınları gözləmək olar. Bundan əlavə, alimlər Şimali Karolinadan Nyu-Cersiyədək böyük ərazinin sahilyanı rayonlarında tornadonun mümkünlüyü barədə xəbərdarlıq ediblər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: