Amerika ilin ən bahalı toyuna hazırlaşır
31 İyul 2010 Şənbə 11:00
30 yaşlı Çelsinin toyuna 5 milyon dollar xərclənəcək.
Amerika və bütün dünya ilin ən bahalı toyunu gözləyir. ABŞ-ın keçmiş prezidenti Bill Klintonun və hazırkı dövlət katibi Hillari Klintonun yeganə qızı olan Çelsi sabah axşam ailə həyatı quracaq. Ən çox müzakirə olunan isə toyun maliyyə tərəfidir. Ancaq siyasi gündəmi zəbt edən əsas məqam prezident Barak Obamanın Klinton ailəsinin yeganə qızının toyuna dəvət edilməməsidir.
CNN Turk yazır ki, 30 yaşında olan Çelsi maliyyə mütəxəssisi Mark Mezvinski ilə ailə qurur.
Qonaq siyahısı, xərclənəcək maliyyə, toya dair bütün detallar Amerika mətbuatının manşetlərini bəzəyir. Bəlli olub ki, 500 adamın qatılacağı toya 5 milyon dollar xərclənəcək. Çelsinin 25 min dollarlıq gəlinlik paltarını 250 min dollarlıq daş-qaş bəzəyəcək. Təkcə toy tortunun qiyməti 11 min dollardır. Şühbəsiz toy Amerika siyasətinin önəmli ailələrindən birinin olduğu üçün təhlükəsizlik məsələləri də xüsusi xərc tələb edir. Bunun üçün isə 200 min dolların ayrıldığı qeyd edilir.
Dəvətlilər arasında Tom Kruz-Katie Holmes cütlüyü, tok-şou aparıcısı Oprah Vinfrey kimi məhşur adamlar da var.
Bill Klintonun zamanında prezident köməkçisi olan Al Gorey Barbara Streysand, Steven Soielberq, Ted Turner isə toyda olmayacaqlar. Toya gəlməyəcək daha bir insan isə ABŞ prezidenti Barak Obamadır. Çünki o toya dəvət edilməyib. Mətbuat yazır ki, böyük ehtimalla Klintonlar “bu gün onların günüdür” deyərək toya dəvətlə bağlı səlahiyyəti gənc cütlüyə buraxıblar.
Barak Obama da dəvətlilər siyahısına düşməməkdən üzgün kimi görünür. “The View” adlı proqramda iştirak edən prezident Obama “bir toyda iki prezident arzuolunan hal deyil. Qonaqlar metal dedektordan keçirilirlər, hədiyyələr didik-didik yoxlanar” deyərək, eyhamlı cavab verib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: