Amerika erməniləri Türkiyəni məhkəməyə verdi
30 İyul 2010 Cümə 10:15
1915-ci il hadisələrinə görə Türkiyə hökumətindən milyardlarla dollar təzminat tələb olunur.
Amerika erməniləri Türkiyə hökumətini və iki böyük türk bankını məhkəməyə veriblər. “Associated Press” agentliyinin məlumatına görə, iddia qaldıran ermənilər özlərini 1915-ci ildə "öldürülən" ermənilərin varisləri kimi təqdim ediblər. Vəkillərin bildirdiyinə görə, ermənilər iddia ərizələrində daşınmaz mallarla birgə milyardlarla dollar təzminat istəyiblər.

Vəkillər onu da deyiblər ki, ötən əsrin əvvəllərində baş verən hadisələrlə bağlı Türkiyə hökumətinə qarşı ilk dəfə məhkəmə iddiası qaldırılır. Ermənilərin məhkəməyə verdiyi banklar isə Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı və Ziraat Bankıdır.

Qeyd edək ki, ermənilər 1915-ci ildə Osmanlı hökumətinin erməniləri təhlükəsizlik məqsədilə ölkənin daxili rayonlarına köçürmək siyasətini “soyqırımı” adlandırır və ermənilərin qətlə yetirildiyini iddia edirlər. Türkiyə hökuməti dəfələrlə həmin hadisələri araşdırmaq üçün müştərək türk-erməni tarix komissiyası yaratmağı təklif etsə də, erməni tərəfi buna məhəl qoymur. Dünyada siyasi səbəblərlə qondarma “erməni soyqırımı”nı bir neçə ölkənin parlamenti tanıyıb. Lakin bu ölkələrin heç biri Ermənistanın özü də daxil olmaqla qondarma soyqırımı iddiaları ilə bağlı heç bir tarixi sənəd, fakt ortaya qoya bilməyib. Türkiyənin arxiv sənədlərini açmasına baxmayaraq, Ermənistan bundan imtina edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar