Amerika Birləşmiş Ştatları hərbi yardımı dayandırır
24 May 2014 Şənbə 10:27
Tailandda hərbi çevriliş baş verdikdən sonra Amerika Birləşmiş Ştatları bu ölkəyə illik 3,5 milyon dollar həcmində hərbi yardımı dayandırmağa qərar verib.
ANS PRESS-in məlumatına görə, ABŞ Dövlət Departamentinin nümayəndəsi Mari Harf ABŞ rəhbərliyinin Tailanda 7 milyon dollarlıq birbaşa yardım proqramını da dayandırmağı düşündüyünü açıqlayıb. Mari Harfın sözlərinə görə, Amerika vətəndaşlarına mümkün olduqca Tailanda, xüsusən də onun paytaxtı Banqkoka səfərdən çəkinməyə çağırıb.
Qeyd edək ki, Tailandda hazırda komendant saatı tətbiq edilib. Ölkədə sayca 12-ci hərbi çevrilişdən sonra ordu nəzarəti ələ keçirib və Baş nazir Yinqlak Şinavatra və onun ailə üzvləri həbs edilib. Dövlətin başına de-fakto olaraq general Çan-Oça Prayut keçib.
DOSTLARINLA PAYLAŞ: