Ambulansda xəstə yox, inək daşıyan həkim
07 Aprel 2010 Çərşənbə 19:50
Pakistanlı həkim işdən azad edilib
Pakistanın Pəncab əyalətində uzun müddət unudulmayacaq bir hadisə baş verib. Gucurat şəhərində yaşayan bir həkim bazardan aldığı inəyi evinə aparmaq üçün ambulansa mindirib. Yolda polis tərəfindən saxlanılan ambulansdan inəyin çıxması isə hamını təəccübləndirib. Hadisədən sonra həkimin işdən azad edildiyi bildirilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar