Alyaskanın Rusiyaya birləşdirilməsinə 40 min səs verilib
10 Aprel 2014 Cümə Axşamı 00:13
Petisiya sənədinin Ağ Ev tərəfindən rəsmi cavablandırılması üçün daha 60 min imza lazımdır.
Alyaskanin Rusiya birləşdirilməsi məqsədi ilə Ağ Evin saytında yerləşdirilmiş petisiya sənədinə 40 min imza toplanılıb. ANS PRESS-in məlumatına görə, martin 21-də yerləşdirilən sənədin Barak Obama administrasiyası tərəfindən rəsmi cavablamdırılması üçün aprelin 20-dək 100.000 nəfərin imzası tələb olunur.
"Alyaskanın Birləşmiş Ştatlarlardan ayrılıb Rusiyaya birləşməsi üçün səs verin", – petisiyada qeyd olunan müraciətdə bildirilir. Hənçinin müraciətdə bildirilir ki, sibir sakinləri Bering boğazından keçib Alyaskaya gəlib: "Rusların 1732-ci il avqustun 21-də Alyaskanı ziyarət edən ilk avropalılar olub".
ABŞ rəhbərliyi qanunla Ağ Ev saytında yerləşdirilən petisiya ərizəsinə cavab və ya orada olan tələbləri yerinə yetirmək məcburiyyətində deyil . Lakin qaydalara görə, Ağ Ev səslərin müəyyən ərəfəsində artıq bütün müraciətlərə cavab verməlidi. Həmçinin Ağ Ev hüquq-mühafizə və məhkəmə səlahiyyətləri daxilində olan məsələlərə müdaxilə etməli deyil.
DOSTLARINLA PAYLAŞ: