Alyaskada 7 bal gücündə zəlzələ baş verib
31 Avqust 2013 Şənbə 04:49
Zəlzələnin ardından sunami xəbərdarlığı edilməyib.
Alyaskanın (ABŞ) cənub-qərbində yerləşən Aleut adalarında güclü zəlzələ baş verib. ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ Geoloji Xidməti yeraltı təkanların Rixter cədvəli üzrə 7 bal gücündə olduğunu açıqlayıb.

Təxminən 1 dəqiqə davam edən zəlzələdə ölən və yaralanan olmayıb. Zəlzələnin ardından sunami xəbərdarlığı edilməyib.

Qeyd edək ki, 150 kiçik adadan və qayalıqdan ibarət olan Aleutda hazırda 12 min adam yaşayır.






DOSTLARINLA PAYLAŞ:

oyunlar