Alyaska buzluqları çiçək açdı
01 Avqust 2011 Bazar Ertəsi 04:05
Alyaska buzluqları çiçək açdı. Bu vəziyyət akoloqları təşvişə salıb.
Qlobal istiləşmənin növbəti qurbanı Alayskadakı “Denali” milli parkında olan buzlu dağlar oldu. Qeyd edək ki, Eskimosların vətəni olan Alyaskada yay-qış hər tərəf qar və buzla örtülü olur, havanın temperaturu isə maksimum 8 dərəcədən çox olmazdı. Bu il isə ərazidə istilik 16 dərəcəlik rekord həddə çatıb, bu isə bölgədəki dağlarda olan buz təbəqələrinin əriməsi ilə nəticələnib. Bundan başqa “Denali”də əraziyə xarakterik olmayan çöl çiçəkləri də görünməyə başlayıb.
Təbiət fotoqrafı Con Kornfortın çəkdiyi foto-şəkillər ekoloqların təşvişinə səbəb olsa da xarici mətbuat bu xəbəri “Buzluqda açılan çiçək” başlığıyla verib. Çəkilən son foto-şəkillərdə bölgədəki buz dağlarının tamamilə əridiyini görmək mümkündür. Kornfort bir neçə il əvvəl bu yerlərdə havanın isinməsi səbəbilə dağlardan buzların qopmasını çəkmişdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: