Pakistanda müsəlman və xristian icmaları arasında baş verən qarşıdurma nəticəsində altı xristian diri-diri yandırılıb, o cümlədən dörd qadın. ANS PRESS-in “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin hakim dairələrindən məlumat verilib.
Məlumatda bildirilir ki, bu gün səhər tezdən ölkənin Hocra şəhərində yayılan informasiyalara görə xristianların Quranı təhqir etmələri səbəbindən qarşıdurma və atışma baş verib.
Pakistanın Səhiyyə Nazirliyi şayiənin ekstremistlər tərəfindən ölkədə qarışıqlıq yaratmaq məqsədilə yayıldığını hesab edir və hər iki icma üzvlərini sakit olmağa çağırır. /ANS PRESS/