Altı mindən çox insan xilas edilib
18 Aprel 2010 Bazar 11:05
Çində zəlzələ qurbanlarının axtarışı hələ də davam edir.
Çinin Tsinxay əyalətində baş vermiş zəlzələdən sonra xilasedicilər dağıntılar altından ümumilikdə 6110 nəfəri çıxarmağa müvəffəq olublar. “Sinxua” agentliyinin verdiyi məlumata görə, yeraltı təkanlar nəticəsində ölənlərin sayı 1484 nəfərə çatıb. Müxtəlif dərəcədə xəsarət almış 12088 nəfərdən 1394 nəfərinin vəziyyəti ağırdır. 312 nəfər isə hələ də itkin düşmüş hesab edilir.
Xilasetmə işlərində təxminən 50 min nəfər iştirak edir. Çin hökuməti xəsarət alanların axtarışları üçün 29,3 milyard dollar vəsait ayırıb.
Xatırladaq ki, Çinin şimal-qərbindəki Tsinxay əyalətində 7,1 bal gücündə zəlzələ aprelin 14-də yerli vaxtla saat 07.49-da (Bakı vaxtı ilə saat 04.09) baş verib. Yeraltı təkanların episentri Holmud şəhərindən 380 kilometr aralıda qeydə alınıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: