Bu ilin birinci yarısında Rusiyada 30 «qanuni oğru» ləqəbli avtoritet tutulub, 2008-ci ilin birinci yarısında isə cəmi 21 «qanuni oğru» türməyə salınmışdı. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin cinayət istintaqı departamentinin başçısı İskəndər Qalimov bildirib.
Onun sözlərinə görə, bütövlükdə, ilin birinci yarısında cinayət qruplaşmalarının 805 iştirakçısı həbs edilib. /ANS PRESS/