Rusiyanın Altay vilayətində 110 ton təhlükəli civə materialı açıq hava altında saxlanılır.
“OLAYLAR”-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bununla bağlı prokurorluq və məhkəmə işə qarışsa da təhlükəli maddəni açıq hava altında saxlayan zavod bütün bunlara məhəl qoymur. Xəbərdə o da qeyd olunub ki, sözügedən zavod məhkəmə qərarlarını belə icra etmir. Onu da qeyd edək ki, açıq hava altında saxlanılan civənin məhv edilməsi Aktaş Dağ metallurgiya müəssisəsinə tapşırılsa da müəssisə həmin civənin məhv edilməsi prosesini yerinə yetirməkdən imtina edib. Ekspertlər isə qeyd edir ki, təhlükəli tullantı bir qədər də açıq hava altında saxlanıldığı təqdirdə ətraf mühit ciddi şəkildə çirklənəcək, yaxınlıqdakı çaylarda çirklilik miqdarı artacaq.