Alparslan Türkeşin qızı ailə qurdu
08 Yanvar 2012 Bazar 01:36
Mərhum MHP liderinin övladının nikahına nazirlər şahidlik ediblər.
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının mərhum lideri Alparslan Türkeşin həkim qızı Ayyüce Türkeş (32 yaş), kompyuter mühəndisi Egemen Taşla (34 yaş) ailə qurub. ANS PRESS-in “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, cütlüyün nikahını “Les Ottomans” otelində İstanbul bələdiyyəsinin sədri Kadir Topbaş qeydə alıb. Gəlin və bəyin şahidliklərini isə Türkiyə parlamenti spikerinin müavini Sadık Yakut, Avrupa Birliyi naziri Egemen Bağış, gömrük və ticarət naziri Hayati Yazıcı ve baş memar Ahmet Vefik Alp edib.
Bəylə gəlini təbrik edən nazir Həyati Yazıcı təqdim edib. O bildirib ki, baş nazir Rəcəb Tayyib Ərdoğan toyda iştirak etmək istəsə də, şəxsi səbəblər üzündən gələ bilməyib. Nazir hökumət başçısının təbrikini cütlüyə çatdırıb
Egemen Taş və Ayyüce Türkeşə nikah şəhadətnaməsini bəyin adaşı Egemen Bağış təqdim edib. O da baş nazir Rəcəb Tayyib Ərdoğanın adından cütlüyə xoşbəxtlik arzulayıb.
Toyda Alparslan Türkeşin həyat yoldaşı Seval Türkeş, oğlu hakim partiyadan millət vəkili Ahmet Kutalmış Türkeş iştirak edib.
DOSTLARINLA PAYLAŞ: