Alo mən bələdiyyə sədriyəm, atamı işə götürün
25 Aprel 2011 Bazar Ertəsi 06:02
Müvəqqəti bələdiyyə sədri olan uşaq atasını işlə təmin etdi
Türkiyə İzmir vilayətinin Bayraklı rayonunda ənənəvi olaraq bələdiyyə sədrinin vəzifələrini icra edən 5-ci sinif şagirdi Eren Ayanın ilk göstərişi öz atasını işə götürmək oldu. Qeyd edək ki, 5-ci sinifdə oxuyan Eren Ayan aprelin 23-də məktəbin qabaqcıl şagirdi kimi rayon bələdiyyə sədri Həsən Karabağın yerinə keçib. Məktəbdə təmir işlərinin aparılması və laboratoriya yaradılması üçün sədrdən dəstək tələb edən Ayan daha sonra dəstək xidmətləri departamentinə zəng vurub. Departamentdən atasının işə götürülməsini tələb edən Eren Ayan bazar ertəsi günü onun işə başlaması istiqamətində göstəriş verib.
Xatırladaq ki, hər il 23 apreldə Türkiyə prezidenti, baş naziri, şəhər valiləri, habelə bələdiyyə sədrləri ilə kənd və qəsəbə muxtarları öz yerlərini müəyyən olunmuş uşaqlardan birinə verir və onların bu vəzifədə verdiyi göstərişlərə riayət olunur.
DOSTLARINLA PAYLAŞ: