Almatı şəhərində Nazarbayevin abidəsinin açılışı keçirilib
11 Noyabr 2011 Cümə 13:58
Qazaxıstanın Almatı şəhərindəki Nazarbayev parkında ölkənin müstəqilliyinin 20 illiyinə həsr olunan “Qazaxıstan” monumental-heykəltəraşlıq kompozisiyasının açılışı keçirilib.
APA-nın “Tengrinews”a istinadən verdiyi məlumata görə, bürünc, qranit və mərmərdən hazırlanan monument berkut (qartal növü) fonunda prezident Nursultan Nazarbayevin fiqurundan ibarətdir. Qartalın qanadları Almatı və Astana şəhərlərini simvolizə edir. Açılış mərasimində 1000-ə yaxın adam, o cümlədən prezidentin qızı Dariqa Nazarbayeva iştirak edib.
Abidə Qazaxıstanın yaradıcı ziyalılarının təşəbbüsü ilə qoyulub. Belə ki, bir qrup ziyalı N. Nazarbayevə məktubla müraciət edərək bu ideyanı irəli sürüb. Abidə ideya müəlliflərinin maliyyə vəsaiti ilə hazırlanıb.
Qazaxıstanın cənubundakı Çimkənt şəhərində də Nazarbayevin heykəli ucaldılacaq.
DOSTLARINLA PAYLAŞ: