Almanlar müsəlmanların müdafiəsinə qalxdı
05 Dekabr 2009 Şənbə 23:35
Almanlar müsəlmanların müdafiəsinə qalxdı. Əhalinin 48 faizi minarələrə qarşı qoyulmuş qadağaya qarşı çıxıb.
Almaniyanın böyük bir hissəsi İsveçrədə minarələrə qoyulmuş qadağaya qarşı çıxıb. "Bild am Sonntag" qəzeti bununla bağlı əhali arasında sorğu aparıb.
Belə ki, almanların 48 faizi minarə yasağına qarşı, 38 faizi isə qadağanın leyhinə olduqlarını bidiriblər.
Sorğu nəticələrinə görə, Almaniyanın Qərb əyalətlərində yaşayanların 51 faizi minarə qadağasına qarşı çıxıb, onların 37 faizi isə bu qərarı dəstəkləyib. Şərq əyalətlərində isə 37 faiz referendumun nəticəsinə qarşı çıxıb, 44 faiz isə bu qərarın düzgün olduğunu bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: