Almanlar İslam dinindən qorxur
11 Dekabr 2009 Cümə 17:15
Almaniya vətəndaşlarının 39 faizi İslamın yayılmasını böyük təhlükə olaraq görür
Hər üç almandan biri İslam dinindən qorxur. Almaniyanın ADR televiziyasının ictimaiyyət arasında apardığı sorğudan sonra bu nəticəyə gəlinib. "Morgenmagazins" adlı xəbər proqramı üçün keçirilən sorğuya görə, almanların 39 faizi İslamın Almaniyada yayılmasını böyük bir təhlükə olaraq görür.
36 faiz alman isə İslamın yayılmasından narahatdır.
Yalnız rəyi soruşulanların 22 faizi hesab edir ki, İslam dini onlar üçün heç bir problem yaratmır.
Qeyd edək ki, Almaniyada 4 milyona yaxın müsəlman yaşayır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: