Almanlar Eurovision-2012 müsabiqəsini səbirsizliklə gözləyir
18 May 2011 Çərşənbə 17:36
Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle Eldar və Nigara təbrik məktubu göndərib
Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle “Eurovision-2011” müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camala təbrik məktubu göndərib. Almaniyanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, səfir öz məktubunda azərbaycanlı müğənnilərin Düsseldorfdakı qələbəsini böyük uğur adlandırıb. Diplomat qeyd edib ki, qələbə Azərbaycanın firavanlığına xidmət edəcək.
“Sizin qələbənizə təkcə “Eurovision-2010” müsabiqəsinin qalibi Lena Mayer deyil, mənim bütün həmvətənlərim sevinib. Biz Bakıda keçiriləcək “Eurovision-2012” müsabiqəsini səbirsizliklə gözləyirik”, - deyə o vurğulayıb.
DOSTLARINLA PAYLAŞ: