Almaniyanın “Eurovision-2012” təmsilçisi və mahnısı məlum olub .
17 Fevral 2012 Cümə 12:33
Almaniyanın “Eurovision” mahnı müsabiqəsindəki təmsilçisi və Bakı səhnəsində ifa olunacaq mahnı məlum olub .
. APA-nın məlumatına görə, Almaniyanın “Unser Star für Baku” milli finalının qalibi Roman Lob seçilib. Milli finalda iki ifaçı yarışıb və çıxışlar peşəkar münsiflər tərəfindən qiymətləndirilib. Təmsilçinin kimliyi isə məhz tamaşaçıların səsverməsi ilə müəyyənləşib.
Səsvermə nəticəsində 50.7% səs alan Roman Lob Almaniyanı “Eurovision-2012”də təmsil etmək hüququ qazanıb. O, Bakı səhnəsində "Standing Still" mahnısını ifa edəcək.
DOSTLARINLA PAYLAŞ: