Almaniyada məscid bağlandı
09 Avqust 2010 Bazar Ertəsi 18:10
"Taiba" məscidinə "Əl-Qaidə" üzvlərinin toplaşdığı iddia olunur.
Almaniyada terroçuların məkanı kimi təqdim edilən məscid bağlanıb. Almaniya rəsmiləri bildirib ki, 2001-ci ilin 11 sentyabrında ABŞ-a terror hücumundan əvvəl "Əl-Qaidə" üzvləri Hamburq şəhərindəki bu məscidə toplaşıb. Ona görə "Taiba" məscidi bu gün bağlanıb.
Almaniyanın "Fokus" jurnalı kəşfiyyat mənbələrinə istinadla yazıb ki, o vaxt həmin məsciddən terrorçuların işə cəlb edilməsi ilə bağlı danışıqların aparıldığı yer kimi istifadə olunub. Son illər isə məscid yenidən radikal dini qrupların ocağına çevrilib. Məscidin bağlanılması bir çox qurumlarda etirazla qarşılanıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: