Almaniyada kütləvi nümayişlər keçirilib
12 Noyabr 2011 Şənbə 22:23
"İşğal et" hərəkat tərəfdarlarının keçirdiyi etiraz aksiyalarının əsas hədəfi banklar olub.
Bu gün Almaniyanın 2 iri şəhərində “İşğal et” hərəkatı çərçivəsində kütləvi etiraz aksiyaları keçirilib. Paytaxt Berlində ölkə parlamentinin binası yaxınlığında baş tutmuş nümayişdə 8 minə yaxın şəhər sakini iştirak edib.

Əllərində “Bankları ələ keçirin”, “Ayağa qalxın”, “Pullar banklara deyil, uşaqlara sərf olunsun” kimi şüarların yer aldığı plakatlar saxlayan nümayiş iştirakçılarının əsas hədəfi banklar olub. Etirazçılar bankların ölkədəki ictimai-siyasi proseslərə nüfuzunu pisləyərək, bankların demokratikləşdirilməsini tələb edib.

Berlin nümayişin iştirakçısı Maks Mantey deyir ki, böhran hələ sona çatmayıb. Onun sözlərinəgörə, bu böhranın daha da dərinləşdiyi su kimi aydındır: “Yunanıstan və İtaliyada qurulan yeni hökumətlər isə vəziyyəti bir qədər də gərginləşdirəcək və Almaniya da büdcədə ixtisarlara yol verməli olacaq. Elə buna görə də biz, hər həftəsonu burada toplaşaraq hökumətə bizim “oyuncaq” olmadığımızı sübut edirik.”

Ölkənin ikinci böyük şəhəri olan Frankfurtda da böyük izdihamla müşahidə olunmuş dinc nümayiş keçirilib. Avropa Mərkəzi Bankı yaxınlığında toplaşmış 10 minə yaxın etirazçı ölkə hökumətini ixtisar siyasətinə son qoymayağı çağırıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar