Almaniyada İslam dininə növbəti mənfur hücum
26 Aprel 2010 Bazar Ertəsi 07:05
Seçki üçün hazırlanan videoçarxda Almaniyadakı məscidlərin almanların vergiləri hesabına tikilməsi fikiri səsləndirilir.
Almaniyanın Şimali Reyn Vestfaliya əyalətində yerli seçkilərə bir neçə gün qalmış irqçi “Pro NRW” təşkilatının televiziyalara verdiyi reklam çarxı ölkədə yaşayan müsəlmanların böyük hiddətinə səbəb olub. Ələ düşən hər hansı bir fürsət zamanı İslama qarşı fikirlər səsləndirən və irqçiliyi yayan təşkilatın filminin müsəlmanları tənqid etdiyi bildirilir. Qeyd edək ki, bu filmdə Almaniyadakı məscidlərin almanların verdiyi vergilər hesabına tikilməsi və bərpa edilməsi kimi fikirlər səsləndirilir. Bundan əlavə guya müsəlmanlar tərəfindən məhv edilən xristian kəndi və ya öldürülən xristianlar nümayiş etdirilib. Bu çarxda eyni zamanda Almaniyanın islamlaşdırılmasının tez bir zamanda qarşısının alınması və yad vətəndaşların ölkədən xaricə çıxarılmasına çağırışlara yer verilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar