Almaniyada İlin adamı elan olundu
27 Dekabr 2011 Çərşənbə Axşamı 16:33
Yoahim Löv “Kicker” jurnalının nominasiyasında qalib gəlib.
Almaniyanın məşhur idman jurnalı “Kicker” “İlin adamı” nominasiyasında qalibin adını elan edib. ANS PRESS-in məlumatına görə, bu ada futbol üzrə Almaniya yığmasının baş məşqçisi Yoahim Löv layiq görülüb.

“51 yaşlı Yoahim Lövün qurduğu taktika Almaniya futbolunun dünya səviyyəsində yenidən qəbul edilməsinə şərait yaradıb. Bu ilk növbədə Yoahim Lövün əməyidir”, - deyə “Kicker” jurnalının bəyanatında bildirilir.

Yoahim Löv isə öz növbəsində “Kicker” jurnalının seçimindən böyük məmnunluq duyduğunu vurğulayıb.
“Mən bu qərarın qürur duyduğum komanda üçün böyük uğur olduğunu hesab edirəm”, - deyə Yoahim Löv bildirib.

Xatırladaq ki, Almaniya yığması favoritlərdən biri olduğu Avro-2012-nin qrup mərhələsində Danimarka, Hollanduya və Portuqaliya milliləri ilə birgə mübarizə aparacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar