Almaniyada Hitlerin qoyduğu qadağa ləğv olundu
17 Dekabr 2012 Bazar Ertəsi 05:58
Bu ölkənin vətəndaşları 77 ildir ictimai nəqliyyat kimi qatardan istifadə edirdi.
Almaniyada Adolf Hitlerin 1935-ci ildə ictimai nəqliyyatla bağlı qoyduğu qadağa ləğv olunacaq. Almaniya parlamentinin qəbul etdiyi qərara əsasən gələn ilin ilk günündən özəl avtobus firmaları ictimai nəqıliyyat sahəsində fəaliyyət göstərməyə başlayacaq. Məlumata görə, 200 avro ödəyərək lisenziya alan və müəyyən edilmiş keyfiyyət meyarlarına cavab verən hər firma bu haqdan istifadə edə biləcək.

Xatırladaq ki, Adolf Hitler 1935-ci ildə ölkədə dəmiryolu nəqliyyatını gücləndirmək məqsədilə avtobusların bu sahədəki fəaliyyətinə məhdudiyyət qoymuşdu.


DOSTLARINLA PAYLAŞ:

oyunlar