Almaniyada hərbi xidmətə məcburi çağırış ləğv edildi
25 Mart 2011 Cümə 01:58
İyulun 1-də Almaniya ordusu yalnız könüllülərdən ibarət olacaq
Almaniya parlamentinin aşağı palatası vətəndaşların ölkənin Silahlı Qüvvələrinə (bundesver) məcburi çağırışının ləğvinə səs verib. Bu normanın lətvini nəzərdə tutan qanun layüihəsini federal kansler Angela Merkelin hakim koalisiyası və Yaşıllar Partiyası dəstəkləyib.

Qanun qüvvəyə mindikdən sonra - bu il iyulun 1-dən bundesverin sıralarına yalnız könüllülər cəlb edilicək. Yeni normaların tətbiqi ilə Almaniya ordusunun şəxsi heyətinin sayı 250 min nəfərdən 185 min nəfərədək azalacaq.

Yeni qanunun qəbulu Almaniya Silahlı Qüvvələrinin 55 illik tarixində ən ciddi islahat sayılır. İkinci dünya müharibəsinin nəticələrinə görə, Almaniya tamamilə demilitarizasiya edilib. Almaniya Federativ Respublikası öz ordusunu formalaşdırmaq hüququnu 1955-ci ildə yenidən qazanıb. Almaniya Demokratik Respublikasının milli ordusu isə 1956-cı ildə yaradılıb və 1990-cı ildə buraxılıb. Onun şəxsi heyəti birləşmiş Almaniyanın Silahlı Qüvvələrində xidmətə buraxılmayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar