Almaniyada “Buşer” üçün Rusiya texnikası alan iş adamları tutulub
21 May 2010 Cümə 01:20
İranla qanunsuz nüvə əməkdaşlığında şübhəli bilinənlər hava limanında həbs ediliblər.
Almaniyada İranla nüvə sahəsində qanusuz əməkdaşlıqda şübhəli bilinən iş adamları saxlanılıb. Məlumatı Avstriyanın ORF telekanalı yayıb.

İş adamları Almaniyanın hava limanlarından birində həbs ediliblər. Onlar Rusiyadan İranın nüvə reaktorlarından biri üçün nüvə texnikası almaqda şübhəli bilinirlər. Alman iş adamlarının həbsi Rusiyada qıcıq yaradıb.

Nə Almaniyanın Xarici İşlər Nazirliyi, nə də cinayət işləri üzrə Federal qurum hadisəni şərh edib. Həbs edilənlərin sayı və onların işlədiyi firmanın adı da məlum deyil. Yalnız o məlumdur ki, onların aldığı Rusiya texnikası İranın Buşerdəki reaktoru üçün nəzərdə tutulub. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar