Almaniyada 4700-dən çox ferma bağlanıb
07 Yanvar 2011 Cümə 10:35
Səbəb heyvanlara verilən qidanın tərkibində zəhərli maddənin aşkarlanmasıdır
Almaniya hökuməti bu ölkədə fəaliyyət göstərən 4700-dən çox fermanı bağlayıb. Buna səbəb bu fermalarda heyvanlara verilən qidaların tərkibində dioksin adlı kimyəvi zəhərli maddənin aşkarlanması olub.
Bağlanılmış fermalardan çoxu Almaniyanın Aşağı Saksoniya əyalətində yerləşir. Almaniya kənd təsərrüfatı nazirliyi bu fermaların çoxunda donuzların saxlandığını bildirib. Fermalarda heyvanlarda verilən qidaların tərkibində dioksin maddəsinin olduğu hələ ötən ayın əvvələrində müəyyənləşdirilsə problemin miqyasının böyük olması bu həftənin əvvəlində məlum olub.

Xatırladaq ki, ötən həftə Almaniyada mindən çox kənd təsərrüfatı müəssisəsinə toyuq yumurtası satmaq qadağan edilmişdi. Bəzi ehtimallara görə, tərkibində dioksin olan məhsulların bir qismi Böyük Britaniya ixrac olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar