Almaniyanın Düsseldorf şəhərindəki yapon məktəində 49 nəfər “donuz qripi”nə yoluxub. ANS PRESS, İTAR-TASS-a istinadən xəbər verir ki, xəstəliyə yoluxanlardan 46-sı uşaqdır. Xəstələrdən bir neçəsi ağır vəziyyətdədir.
Düsseldorfdakı yapon icması təxminən 8 min nəfərdən ibarətdir. Şəhərdəki yapon məktəbindən götürülmüş 300 testin hələlik yarısı yoxalınılıb. Yekun nəticə bu gün məlum olacaq. Almaniyada H1N1 virusuna belə kütləvi yoluxmanın səbəbi hələlik məlum deyil. Düsseldorf səhiyyə xidmətinin rəhbəri Hayko Şnaytlerin sözlərinə cörə, H1 N1 virusuna yoluxan 6 yaşlı şagird olub. Onun ailəsi Aralıq dənizi adalarından birindən istirahətdən qayıdıb. /ANS PRESS/