Almaniya Yəmənlə hava sərnişin nəqliyyatı qadağasını ləğv etdi
14 Noyabr 2010 Bazar 05:00
Yük təyyarələrinin uçuşuna qoyulmuş qadağa isə hələ də qüvvədədir.
Almaniya hökuməti Yəməndən sərnişin təyyarələrinin uçuşuna qoyulmuş qadağanı aradan qaldırıb. Yük daşımalarına tətbiq edilən qadağa isə hələ də qüvvədədir. Almaniya Nəqliyyat Nazirliyinin nümayəndələri bildiriblər ki, göyərtəsində sərnişinlər və yalnız onların yükləri olan təyyarələr ölkə ərazisindəki hava limanlarına eniş edə bilərlər.

Xatırladaq ki, ABŞ, Böyük Britaniya və Fransa da daxil olmaqla bir sıra ölkələr öz hava limanlarını Yəməndən gələn təyyarələr üçün bağlayıb. Oktyabrın sonlarında Yəməndən ABŞ-a təyyarə ilə göndərilən bağlamalarda partlayıcı maddələr aşkarlanmışdı. Partlayıcılardan biri “United Parcel Service” təyyarəsindəki yüklərin arasında gizlədilibmiş və London yaxınlığındakı İst-Midlends hava limanında aşkar edilib. Digər bomba isə FedEx şirkəti tərəfindən Dubay vasitəsilə ABŞ-a daşınan yükün arasındakı printer katricindən tapılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar