Almaniya Yəməndən bu ölkəyə uçan təyyarələrə qadağa qoydu
02 Noyabr 2010 Çərşənbə Axşamı 06:40
Almaniya nəqliyyat nazirliyi yükdaşıma şirkətlərinə yükləri yoxlama səlahiyyəti verib.
Rəsmi Berlin Yəməndən Almaniyaya birbaşa və bilavasitə həyata keçiriləcək bütün uçuşlara qadağa qoyub. Nəqliyyat nazirliyi bu barədə verdiyi açıqlamada Yəməndən Almaniyaya, burdan isə İngiltərəyə uçmağa hazırlaşan yük təyyarəsində bomba tapılmasından sonra Yəməndən gələn bütün təyyarələrə Almaniyanın hava sahəsinə giriş və hava limanına eniş qadağası qoyulduğunu bildirib.

Nazirlik yük şirəki olan “DHL”-yə Yəməndən gələn bütün yükləri nəql edildiyi Leypsiq hava limanında nəzarətdən keçirməsi istiqamətində səlahiyyət verib. “UPS” və “FedEx” şirkəti də daşıdığı bütün yükləri yoxlamağa başlayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar