Almaniya türkleri Misir hadiselerini pislediler
18 Avqust 2013 Bazar 01:48
Berlində yaşayan türklər Misir xalqına dəstək aksiyası keçiriblər.
Almaniyanın paytaxtı Berlin şəhərində Misir xalqına dəstək aksiyası keçiriblər.
ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Berlində yaşayan türklərin bələdiyyə binası qarşısında keçirdikləri aksiyada Türkiyə bayraqları və Mursini tərifləyən plakatlar olub. Hətta aksiya iştirakçılarına Türkiyə və Almaniya valyutaları paylanılıb.
İslam aləminin qan ağladığını deyən aksiyaçılar bildiriblər ki, insan hüquqları və demokratiyadan dəm vuran Avropanın müsəlmanlara qarşı ikili standartdan istifadə edirlər.
DOSTLARINLA PAYLAŞ: