Almaniya Suriyaya hücumda iştirak etmeyecek
02 Sentyabr 2013 Bazar Ertəsi 11:02
Almaniya kansleri Suriyaya hücumda iştirakla bağlı ölkesinin mövqeyini açıqlayıb.
Almaniya Amerika Birləşmiş Ştatlarının təşəbbüsü ilə Suriyaya hərbi müdaxiləyə qoşulmayacaq. Bunu Almaniya kansleri Anqela Merkel 22 sentyabrda keçiriləcək seçki ərəfəsində təşkil olunan teledebatda bəyan edib.
"Xeyr, Almaniya hərbi hücumda iştirak etməyəcək. Lakin Almaniya yalnız NATO yaxud BMT mandatı, ya da Avropa mandatı olarsa iştirak edə bilər. Biz əlimizdən gələni edirik və ona görə də şadam ki, BMT prosesinin başladılmasına bir neçə gün qalıb", - deyə Anqela Merkel bildirib.
90-dəqiqəlik teledebatda Anqela Merkel və onun mərkəz-sağçı rəqibi Peer Ştaynbürek iqtisadi siyasətə və böhrandan çıxış yollarına dair məsələlərdə fikir ayrılığı nümayiş etdirsələr də, məhz Suriya məsələsində həmrəy olublar. Merkel iştirak üçün BMT yaxud NATO mandatının vacibliyini qeyd etsə də, Peer Ştaynbürek kansler olacağı təqdirdə heç bir şərt altında Suriyaya hücumda iştirak etməyəcəklərini vurğulayıb.
DOSTLARINLA PAYLAŞ: